Süni İntellekt Həlləri
Bizneslərin ehtiyaclarına uyğun süni intellekt sistemləri qururuq. Həllərimiz tamamilə oflayn rejimdə işləyərək məlumatların təhlükəsizliyini təmin edir və dövlət, iri müəssisələrin daxili infrastrukturlarında problemsiz tətbiq olunur.
Süni intellekt modellərimizi sıfırdan yarada, mövcud sistemlərə inteqrasiya edə və ehtiyaca görə fərdiləşdirə bilirik. Prosesdə ML, NLP, LLM və RAG yanaşmalarından istifadə edərək daha dəqiq proqnozlar, avtomatlaşdırılmış qərarvermə və dayanıqlı biznes inkişafı təmin edirik.
Sənəd emalı, ağıllı chatbotlar, tövsiyə sistemləri, proqnozlaşdırıcı analitika, anomaliya aşkarlanması və avtomatlaşdırılmış insayt modulları ilə bizneslərə real dəyər qazandırırıq.
Sənəd emalı və məlumatların çıxarılması
Müqavilə, forma və digər sənədlərdən əsas məlumatların avtomatik çıxarılması.

Ağıllı çatbotlar və virtual köməkçilər
Sadə FAQ deyil, GPT əsaslı sistemlərlə istifadəçiləri anlayan və yeni suallara uyğunlaşan ağıllı köməkçilər.

Tövsiyə sistemləri
İstifadəçi davranışına əsaslanaraq uyğun məhsul, xidmət və məzmunun tövsiyə edilməsi.

Proqnozlaşdırıcı analitika
Müştəri itkisi, nasazlıqlar, satış və işçi dövriyyəsinin qabaqcadan proqnozlaşdırılması.

Anomaliya və fırıldaqçılığın aşkarlanması
Real vaxtda riskli və qeyri-adi davranışların müəyyənləşdirilməsi və xəbərdarlıq edilməsi.

Avtomatlaşdırılmış analiz modulları
Süni intellekt modellərinin dashboardlara inteqrasiyası, analitik olmadan da insaytların avtomatik əldə edilməsi.

