Bizi izləyin

Banner

Xidmətlərimiz

Şirkət daxilindəki prosesləri və müştərilərlə əlaqəni avtomatlaşdırılmış şəkildə həyata keçirtmək və bazarda innovativ şəkildə inkişaf etmək üçün bizim xidmətlərdən yararlanın.

İnsan Resursları analitikası

Bu analitik panel, müəssisənin insan resursları ilə bağlı bütün əsas göstəricilərini bir arada təqdim edən analitik həlldir. BIRAİNY tərəfindən hazırlanmış bu interaktiv həll, HR mütəxəssislərinə həm hazırkı əməkdaş heyəti, həm də yeni namizədlərlə bağlı detallı təhlillər aparmaq imkanı verir.

İstifadəçilər müxtəlif tarix aralıqlarını seçməklə və departament, cins, status, yaş qrupu kimi filtrlərdən istifadə edərək dinamik analizlər apara, qərarvermə prosesini optimallaşdıra bilərlər.

Əhatə olunan əsas sahələr:

  • Əməkdaşların departament, cins, yaş qrupu, status və filial üzrə bölgüsü
  • Təcrübə illəri və sosial statusa görə ümumi əməkdaş təhlili
  • Əməkhaqqı göstəriciləri (vəzifə, yaş qrupu, cins və illər üzrə)
  • Təlim proqramlarının sayı, iştirakçı bölgüsü, müddət və xərclər
  • İşdən ayrılan əməkdaşlarla bağlı səbəblər, status və sosial göstəricilər
  • Yeni namizədlərlə bağlı seçim mərhələləri, sosial status və struktur üzrə təhlil
  • Gender bölgüsü üzrə əməkdaş və namizəd statistikası