Bizi izləyin

Banner

Xidmətlərimiz

Şirkət daxilindəki prosesləri və müştərilərlə əlaqəni avtomatlaşdırılmış şəkildə həyata keçirtmək və bazarda innovativ şəkildə inkişaf etmək üçün bizim xidmətlərdən yararlanın.

Sosial media performans analitikası

Bu analitik panel, sosial media platformalarında aparılan fəaliyyətin nəticələrini izləmək və təhlil etmək üçün BIRAİNY tərəfindən hazırlanmış interaktiv həlldir. Panel istifadəçilərə istənilən tarix aralığını seçərək, bölgə, cins, günün saatı və paylaşım növü üzrə məlumatları analiz etmək imkanı verir.

Əhatə olunan əsas sahələr:

  • İzləyici sayı, paylaşım sayı, bəyənmə, klikləmə və baxış göstəriciləri
  • Cinsə və bölgəyə görə izləyici bölgüsü
  • Müxtəlif paylaşım növlərinin və platformaların göstərdiyi nəticələr
  • Günün fərqli saatlarında istifadəçi reaksiyası və klikləmə faizi
  • Aylıq və illik dəyişikliklərin müqayisəli analizi
  • İzləyici artımı və paylaşımlarla istifadəçi arasında yaranan əlaqənin səviyyəsi

Bu həll, rəqəmsal marketinq fəaliyyətlərinin təsirini ölçmək, kontent strategiyasını təkmilləşdirmək və platforma və auditoriyaya uyğun qərarlar vermək üçün idealdır.