Bizi izləyin

Banner

Xidmətlərimiz

Şirkət daxilindəki prosesləri və müştərilərlə əlaqəni avtomatlaşdırılmış şəkildə həyata keçirtmək və bazarda innovativ şəkildə inkişaf etmək üçün bizim xidmətlərdən yararlanın.

Ziyarətçi və satış analitikası

Bu hesabat, əyləncə sahəsində fəaliyyət göstərən bir neçə mərkəzin real və büdcə göstəricilərini müqayisəli şəkildə təhlil etmək üçün BIRAİNY tərəfindən hazırlanmış analitik həlldir. Ziyarətçi axını və satış performansı üzrə həftəlik, aylıq və illik dəyişikliklər vizual şəkildə təqdim olunur.

Əhatə olunan əsas sahələr:

  • Mərkəzlər üzrə ziyarətçi sayı və satış göstəriciləri
  • Real və planlaşdırılmış göstəricilər arasında fərqlər
  • Həftəlik və aylıq trendlər üzrə analiz
  • Şirkət və məkanlar üzrə fərdi performans müqayisəsi
  • Artım/faiz göstəricilərinə əsaslanan performans fərqləri

Bu həll, büdcə hədəflərinin icrasını izləmək, ən yüksək performanslı mərkəzləri müəyyənləşdirmək və strateji qərarların verilməsini dəstəkləmək üçün nəzərdə tutulub.