Bizi izləyin

Banner

Xidmətlərimiz

Şirkət daxilindəki prosesləri və müştərilərlə əlaqəni avtomatlaşdırılmış şəkildə həyata keçirtmək və bazarda innovativ şəkildə inkişaf etmək üçün bizim xidmətlərdən yararlanın.

Maliyyə analitikası

BIRAİNY tərəfindən təqdim olunan bu maliyyə analitikası həlli, şirkətlər üçün real vaxtda maliyyə göstəricilərini izləməyə və təhlil etməyə imkan verən interaktiv dashboard formatındadır. Bu həll, şirkət rəhbərliyi və maliyyə komandaları üçün məlumat əsaslı qərarların verilməsini asanlaşdırır.

Dashboard əsasən aşağıdakı sahələri əhatə edir:

  • Gəlir, xalis mənfəət marjası və pul vəsaiti üzrə fakt/büdcə müqayisəsi
  • EBITDA təhlili – gəlirliliyə təsir edən faktorların vizual analizi
  • CAPEX və OPEX xərclərinin bölgüsü – aylıq və illik göstəricilərlə
  • Cash flow – əməliyyat, investisiya və maliyyə axınlarına görə bölünmüş
  • Likvidlik və ticarət alacaqları/borcları üzrə əsas göstəricilər

Bu analitik həll, büdcə planlamasını dəqiqləşdirmək, riskləri əvvəlcədən görmək və maliyyə performansını effektiv şəkildə izləmək istəyən şirkətlər üçün idealdır.