Pərakəndə Satış Təhlili

Qısa məlumat
Məhsullara olan tələb-təklif arasındakı əlaqəni müəyyənləşdirmək, müvafiq satış strategiyasını hazırlamaq və satış hədəflərini təyin etmək üçün satışın analitik təhlilindən istifadə olunur. Müxtəlif cihazlardan izlənilə bilən Power BI tətbiqetmələri üzərindən satış və mənfəəti artırmaq üçün tələb-təklif arasındakı əlaqəni, müvafiq satış strategiyasını və hədəflərini vizual olaraq görmək, təhlil etmək mümkündür.
Şirkətinizin satış effektivliyinin artmasını təmin etmək və trendləri daha aydın görməyə kömək etmək üçün BIRainy komandası olaraq təklif etdiyimiz analitik həllərimiz:
- Məhsul, xidmətlərin satışı və hədəf satışlarının müqayisəsi
- Cari illə ötən il satışlarının müqayisəsi
- Endirimli və endirimsiz qiymətlərin toplam qazancın formalaşmasına təsiri
- Mağaza, məhsul kateqoriyaları, mövsümə görə satış həcmləri
- Satış işçilərinin performans dəyərləndirməsi
- Top müştərilərin və məhsulların müəyyənləşdirilməsi
- Məhsul, xidmət kateqoriyası, zaman perioduna əsasən ümumi mənfəətin müqayisəsi
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.