Maliyyə Təhlili

Qısa məlumat
Maliyyə təhlili biznesin keçmiş, cari və potensial fəaliyyətinin kəmiyyət dəyərləndirməsidir. Şirkətin biznes fəaliyyətini izləmək və stabilliyini müəyyənləşdirmək üçün şirkətlər mənfəət, zərər, balans və digər maliyyə hesabatlarının analitik təhlilindən istifadə edir.
BIRainy komandası tərəfindən hazırlanmış maliyyə təhlili modelləşdirməsi xam maliyyə datasını interaktiv vizuallaşdırılmış qrafiklərə çevirərək sizə çevik həllər təklif edir.
Maliyə təhlili üçün analiz edilmiş datanın vizuallaşdırılmış komponentləri:
- Gəlirlər artımı və konsentrasiyası
- Bir işçiyə düşən gəlir
- Ümumi mənfəət marjası
- Əməliyyat mənfəət marjası
- Xalis mənfəət marjası
- Kapitalın səmərəliliyi və ödəmə qabiliyyəti
- Kapitalın gəlirliliyi və borc
- Likvidlik (Cari nisbət, Faiz əhatəsi)
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.