SƏTƏM

Qısa məlumat
Şirkət daxilində baş verə biləcək qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olmaq və mümkün təhlükələrin aradan qaldırılmasına fokuslanmaq lazımdır. Belə ki, BIRainy şirkəti olaraq əməyin təhlükəsizliyinin qorunmasını təmin edəcək biznes həll təklif edirik.
Şirkət daxilində baş vermiş qəzalara və zərərçəkənlərə görə hazırlanmış analitik modelin vizuallaşdırılmış komponentləri:
- Təhlükə mənbəyi
- Hadisə tipi və növü
- Risk növü
- Hadisənin baş vermə yeri və tarixi
- Zərərçəkənin şirkətdəki pozisiyası və yaşı
- Hadisələrin ötən ay ilə müqayisəsi
- Hadisə zamanı zərər dəymiş bədən üzvləri
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.