Bizi izləyin

Banner

Süni zəka əsaslı risk monitorinqi və fırıldaqçılığın qarşısının alınması

29 September 2025

Süni zəka əsaslı risk monitorinqi və fırıldaqçılığın qarşısının alınması

Təsəvvür edin ki,müştərinizin kartından bir neçə dəqiqə ərzində fərqli ölkələrdən əməliyyat cəhdləri olur. Siz bunu vaxtında görməsəniz, həm müştərinin pulu itir, həm də bankın etibarı zədələnir.
Bu tip davranışlar çox vaxt göz önündə baş verir, sadəcə “normal axından” fərqli olduğu üçün diqqətdən yayınır. Ənənəvi nəzarət sistemi isə çox zaman gecikərək problemi əməliyyatdan sonra göstərir.

Süni zəka isə fərqli işləyir: o, keçmiş məlumatla real vaxt siqnallarını birləşdirir, normadan kənar hərəkətləri dərhal aşkarlayır və riskli əməliyyata qarşı növbəti addımı təklif edir. Nəticədə, həm itkilərin qarşısı alınır, həm də müştəri etibarı qorunur.
İndi isə gəlin görək, süni intellekt əsaslı anomaliya və fırıldaqçılıq deteksiyası müxtəlif biznes sahələrində real olaraq necə işləyir.

1. Bankçılıq — Kart əməliyyatlarında fırıldaqçılıq və şübhəli tranzaksiyalar

  • Problem:
    Bəzən müştərinin kartından qısa müddətdə fərqli ölkələrdən əməliyyat cəhdləri olur. Ənənəvi bank sistemləri isə bunu gec görür və əməliyyat təsdiqlənəndən sonra xəbər tutur ki, bu da həm müştərinin vəsaitini, həm də bankın reputasiyasını riskə atır.
  • AI həll:
    Süni intellekt hər bir kartın normal xərcləmə vərdişlərini öyrənir və əməliyyatları real vaxtda izləyir. Məbləğ, lokasiya və tezlikdə uyğunsuzluq olduqda “sarı” və ya “qırmızı” siqnal verir. Beləcə bank riskləri dərhal görür və müştərinin vəsaitini qoruyur.
  • Nəticə:
    Saxta əməliyyatların sayı kəskin azalır, müştərinin pulları qorunur və bankın etibarlılığı yüksəlir. Müştəri özünü daha təhlükəsiz hiss edir, bank isə həm maliyyə, həm də reputasiya baxımından itkilərin qarşısını alır.


2. Əyləncə və Tədbirlər — Bilet satışında botların və saxta alışların qarşısının alınması

  • Problem:
    Botlar saniyələr içində yüzlərlə bilet alıb qara bazara çıxarır, nəticədə real fanatlar biletsiz qalır, təşkilatçı isə gəlir və reputasiya itkisi yaşayır. Bu həm də sosial mediada mənfi rəy dalğasına səbəb olur.
  • AI həll:
    Sistem satınalma sürətini, IP və klik nümunələrini analiz edir, şübhəli əməliyyatları bloklayır və riskli profillərə əlavə təsdiq mərhələsi tətbiq edir. Eyni zamanda real istifadəçilərin təcrübəsi pozulmadan proses axıcı qalır.
  • Nəticə:
    Real müştərilər biletlərə çıxış əldə edir, təşkilatçı isə satışdan maksimum fayda götürür və marka etibarını qoruyur. Tədbir günü narazılıq azalır, müştəri loyallığı artır.

3. Pərakəndə Satış — Kupon və endirimlərin sui-istifadəsinin qarşısının alınması

  • Problem:
    Mağazalarda bəzən məhsul kassada başqa kodla vurulur, stokdan oğurluq olur və ya saxta endirimlər tətbiq edilir. Bu hallar çox vaxt diqqətdən kənarda qalır.Beləliklə, mağazanın gündəlik idarəetməsində davamlı problemlər yaranır.
  • AI həll:
    Süni intellekt kamera görüntülərini, POS əməliyyatlarını və stok hərəkətlərini birləşdirərək analiz edir. Uyğunsuzluq aşkarlandıqda sistemi xəbərdarlıq edir və şübhəli əməliyyatları bloklaya bilir. Bu da mağazaya həm oğurluğun, həm də daxili sui-istifadənin qarşısını vaxtında almağa imkan yaradır.
  • Nəticə:
    Süni intellektin tətbiqi mağazalarda oğurluq və daxili sui-istifadəni azaldır. Sistem satış və stok hərəkətlərini izləyərək inventardakı uyğunsuzluqları vaxtında aşkarlayır. Bu, maliyyə itkilərini minimuma endirir. Biznes sahibləri isə isə real vaxtda dəqiq məlumat alaraq riskli əməliyyatlara tez reaksiya verə bilirlər.

Süni zəka əsaslı risk izləmə : fırıldaqçılıq və anomaliyaların AI/Ml ilə qarşısını almaq

Süni zəka əsaslı deteksiya sistemi real vaxtda əməliyyat logları və istifadəçi davranışlarını toplayır. Bu məlumatlar axın emalı vasitəsilə təhlil olunur və AI/ML modelləri ilə müqayisə edilərək normadan kənar nümunələr seçilir.
Model mərhələsində anomaliya aşkarlanması üçün maşın öyrənməsi alqoritmləri (məsələn, Autoencoder və ya qərar ağacları) istifadə olunur.

Tranzaksiyalara risk göstəriciləri verilir və şübhəli əməliyyatlar avtomatik bloklanır və ya əlavə təsdiq tələb olunur.
Sistem mövcud platformalarla inteqrasiya edilərək həm operativ komandalara bildirişlər göndərir, həm də idarəetmə panellərində riskləri aydın göstərir. Modellər davamlı monitorinqdə saxlanılır və dəqiqlik azalanda yenidən təlim prosesi işə düşür.
BIRAINY bu sahədə sizin üçün nə edə bilər?
Bir daha sizin üçün qeyd edək ki, anomaliya və fırıldaqçılıq deteksiyası biznesin sabitliyini qoruyan əsas sütunlardan biridir. Belə bir sistemə sahib olmaq sizin bir addım qabaqda olmağınız deməkdir.
Bu gün risklər təkcə maliyyə itkisi ilə ölçülmür. Həmçinin, müştəri etibarı, brend reputasiyası və qanunvericiliyə uyğunluq baxımından kritik nəticələr doğurur.

Sizin üçün hazırladığımız model risk siqnalını dərhal qaldırır, sizin komandanız isə itki baş vermədən hərəkətə keçir. Bütün biznes proseslərinizdə AI/ML modelləri yalnız “problem var” demir, hansı addımı atmalı olduğunuzu göstərir: əməliyyatı dayandırmaq, əlavə təsdiq istəmək və ya məsələni komanda üçün işə çevirmək.
Qısaca desək, BIRAINY ilə əlaqə saxlayın ki, qurduğunuz süni intellekt əsaslı risk idarəetməsi ilə sabitlik, etibar və böyümənin təmin edəsiniz.