Bizi izləyin

Banner

7/24 müştəri xidməti üçün AI/Ml ilə gücləndirilmiş ağıllı chatbot və virtual köməkçi

22 September 2025

24/7 müştəri xidməti üçün AI/Ml ilə gücləndirilmiş ağıllı chatbot və virtual köməkçi

Rəhbər kimi sizin üçün əsas sual budur: müştəriniz sizdən cavabı nə qədər tez alır? Əgər gözləmə, səhv yönləndirmə və gecikmələr hələ də gündəlik təcrübənin bir hissəsidirsə, bu artıq biznesiniz üçün ciddi risk deməkdir.
İstifadəçilər sürət, dəqiqlik və fərdi yanaşma gözləyir. Bu üçlüyü təqdim edə bilməyən bizneslər isə rəqabətdə geri qalır. Şirkətlər bu reallığı görməzlikdən gələndə müştəri məmnuniyyəti dərhal enir.
Bu reallıq biznes üçün ciddi risk yaratdığı üçün çıxış yolu axtarmaq zəruri olur. Burada süni zəka əsaslı chatbotların gücü ön plana çıxır.
İndi isə biz artıq real nümunələrə baxacayıq ki, Aİ chatbotlarının müxtəlif sənaye sahələrində tətbiqi necə nəticələr yaradır və hansı üstünlükləri qazandırır?

Müştərilərlə ünsiyyət – hər bir biznesin əsasıdır. Ancaq bir çox şirkət hələ də klassik üsullarlişləyir: zəng mərkəzlərində saatlarla gözləyən müştərilər, gecikmiş cavablar, səhv yönləndirmələr və nəticədə narazı istifadəçi təcrübəsi.
Müasir istifadəçilər 24/7 cavab gözləyir, dəstəyin sürətli və dəqiq olmasını tələb edir, amma eyni zamanda fərdi yanaşma istəyirlər.
Ənənəvi chatbotlar bu yükü azaltsa da, onlar da çox zaman:

  • Hazır sual-cavab çərçivəsindən kənara çıxa bilmir
  • Konteksti anlamadan cavab verir
  • Müştəri ilə əlaqə yaratmaqdan çox, cavabları ötürmə funksiyasını yerinə yetirir.

Biz düşünürük ki, söhbətdən real biznes dəyərinə gedən yol süni zəka ilə qurulur – və bu yolu sizin üçün BIRAINY yaradır.

1. Telekommunikasiya – Tarif Tövsiyələri və Texniki Dəstək

  • Problem:
    Bir telekom şirkətində istifadəçilər daim tarif dəyişimi, internet sürəti, texniki problemlərlə bağlı müraciət edirdi. Operatorlar hər istifadəçiyə fərdi yanaşa bilmirdi, nəticədə çoxlu zənglər cavabsız qalırdı.
  • AI həll:
    AI/ML ilə gücləndirilmiş chatbot istifadəçinin istismar tarixçəsini analiz edərək ona uyğun tarif tövsiyə edir. Eyni zamanda texniki problemləri ilkin mərhələdə identifikasiya edərək istifadəçiyə sadə addımları izah edir
  • Nəticə:
    İstifadəçilər texniki dəstək və tarif tövsiyələrini anında alır, operatorların iş yükü azalır və xidmət keyfiyyəti yüksəlir.

2. Təhsil Sektoru – Qəbul Sualları və Yönləndirmə

  • Problem:
    Universitetlərdə qəbul dövründə minlərlə abituriyent eyni sualları verirdi: sənəd siyahısı, ixtisas seçimi, ödənişlər, təhsil formaları və s. Bu isə həm zəng mərkəzlərini, həm də sosial media cavablandırma qruplarını yükləyirdi.
  • AI həll:
    Süni zəka əsaslı chatbot universitetin veb saytına inteqrasiya edildi. Bot abituriyentlərin suallarını cavablandırır, lazım gəldikdə link, fayl və ya yönləndirmə təqdim edir. Həmçinin FAQ bazasını istifadəçiyə uyğunlaşdırır.
  • Nəticə:
    Abituriyentlər cavablarını dərhal alır və gözləmə müddəti aradan qalxır. Zəng mərkəzinin və sosial media komandalarının yükü əhəmiyyətli dərəcədə azalır.


3. Aviaşirkət – Səyahət Dəstəyi və Bilet Məlumatları

  • Problem:
    Aviaşirkətlər müştərilərdən daim eyni sualları alır: uçuş saatı, biletlərin dəyişdirilməsi, baqaj limiti, vizaya dair suallar və s. Bu sualların 90%-i standart cavablar tələb edir.
  • AI həll:
    GPT əsaslı virtual köməkçi vebsayta inteqrasiya olunur. İstifadəçi adətən axtardığı sualı sərbəst formada yazır (“Bağaj limitim neçə kilo?”) və chatbot sistem bu suala insan kimi cavab verir. Əlavə olaraq istifadəçini uyğun səhifəyə və ya əməliyyata yönləndirir.
  • Nəticə:
    Sərnişinlər lazımi məlumatı saniyələr içində əldə edir, çağrı mərkəzinə olan asılılıq azalır və müştəri məmnuniyyəti artır.


AI/ML ilə Gücləndirilmiş Sistemlər Necə İşləyir?

Ənənəvi chatbotlar, çox vaxt sadəcə əvvəlcədən yazılmış cavabların sadə bir menyusudur. İstifadəçi sualı bu cavablardan birinə uyğun gəlmirsə, sistem prosesi davam etdirə bilmir. Nəticədə istifadəçi narazı qalır, proses yarımçıq qalır və insan resursuna ehtiyac yaranır.
Amma süni zəka əsaslı chatbotlar pre-trained transformer model arxitekturasına əsaslanır və dil modellərinin dərin öyrənmə (deep learning) qabiliyyətindən istifadə edir.
Sistemin əsasını machine learning və Natural Language Processing (NLP) texnologiyaları təşkil edir.
Chatbot ilk olaraq istifadəçinin sorğusundakı məqsədi təyin edir, daha sonra isə sorğu içindəki vacib məlumatları ayırd edir. Bu mərhələlər sayəsində chatbot yalnız mətn oxumayacaq, eyni zamanda sualın məğzini başa düşəcək.

Bundan əlavə, AI/Ml əsaslı chatbotlar Retrieval-augmented generation (RAG) yanaşmasından istifadə edərək şirkətin öz məlumat bazası ilə əlaqə saxlayaraq cavab verir. Bu texnologiya verilənləri oxuyur, uyğun məlumatları tapır və istifadəçiyə real və doğru cavab təqdim edir. Məsələn, sistem sənədləri və sualları analiz edib, onlara uyğun cavabları avtomatik formalaşdırır – sanki sizin yerinizə sənədləri oxuyur və cavablayır.
Bütün bu funksionallıqlar yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə, end-to-end şifrələmə, audit log-u və GDPR uyğunluğu ilə təmin olunur. Nəticədə, AI/Ml əsaslı chatbotlar şirkətlərin satış, dəstək və məlumat mərkəzi funksiyalarını öz üzərinə götürən ağıllı platformalara çevrilir.

BIRAINY bu sahədə sizin üçün nə edə bilər?

BIRAINY AI/Ml əsaslı chatbotları sizin mövcud iş proseslərinizə inteqrasiya edir, CRM, ERP və digər məlumat bazalarınıza qoşur, sektorunuza uyğunlaşdırırıq. Bununla, chatbotun sizin real biznes məlumatlarınıza əsaslanan dəqiq, faktiki və şəxsi cavablar təqdim etməsini təmin edir.
Təhlükəsizlik məsələsi də diqqət mərkəzindədir. Hər bir inteqrasiya və məlumat mübadiləsi end-to-end şifrələmə ilə qorunur və digər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Beləliklə, müştəri məlumatlarınız yalnız sizin nəzarətinizdə qalır.

Nəticədə siz 24/7 işləyən, müştəri təcrübəsini yaxşılaşdıran, iş yükünü azaldan və hətta yeni satış imkanları yaradan bir biznes aləti əldə edirsiniz.
BIRAINY ilə müştəri dəstəyinizi rəqəmsal köməkçilərə həvalə edin. Sektorunuza uyğunlaşdırılmış, tam təhlükəsiz və 24/7 işləyən AI chatbotlarla biznesinizə güc qatın və fərqi özünüz görün.