Məlumat axını və sənəd emalı prosesləriniz üçün Süni İntellekt həlləri
17 September 2025

Məlumat axını və sənəd emalı prosesləriniz üçün Süni İntellekt həlləri
Bir rəhbər kimi, siz əməkdaşınızın enerjisini hansı işə sərf etməsini istəyərdiniz: gündə saatlarla sənədlərdə ilişib qalmağa, yoxsa həmin vaxtı komandasına rəhbərlik edib nəticə yaratmağa?
Təbii ki, cavab bəllidir. Amma reallıq budur ki, bu gün bir çox mütəxəssisinizin dəyərli vaxtı sənəd köçürməyə və ya PDF oxumağa sərf olunur. Halbuki həmin vaxt şirkətiniz üçün yeni müştərilər qazanmağa, riskləri vaxtında görməyə və strateji təşəbbüslərə xərclənə bilərdi.
Bunun qarşısını almağın yolu sənəd emalında süni zəka tətbiqidir. Bu texnologiya insanın günlərlə gördüyü işi dəqiqələrə endirir, səhvləri minimuma salır və əməkdaşların diqqətini həqiqətən dəyər yaradan işlərə yönəldir.
İndi isə nəzəriyyəni kənara qoyub, süni zəkanın sənəd emalında necə işlədiyini və iş proseslərini necə çevikləşdirdiyini real nümunələrlə görək.
1. Bank – Kredit sənədlərinin avtomatik emalı
- Problem:
Bankın kredit şöbəsinə hər gün yüzlərlə müqavilə daxil olurdu. Əməkdaşlar bu sənədləri açır, kredit məbləği, faiz dərəcəsi və müştəri məlumatlarını əl ilə sistemə yazırdılar. Manual giriş isə rəqəmlərin yanlış yazılmasına, vaxt itkisinə və risklərin düzgün dəyərləndirilməməsinə səbəb olurdu. - AI həll:
Süni zəka inteqrasiya olunduqda sistem bütün sənədləri avtomatik oxumağa başlayır. Lazımi məlumatları saniyələr içində çıxarır və CRM-ə ötürür. Əməkdaşın rolu isə sadəcə nəticəni yoxlamaqla məhdudlaşır. - Nəticə:
Avtomatlaşdırma sayəsində şöbə resurslarını səmərəli istifadə edir, əməkdaşlar risklərin qiymətləndirilməsinə fokuslanır, bank isə həm xərclərə qənaət edir, həm də xidmət sürətini artırır.

2. HR – CV və iş müraciətlərinin emalı
- Problem:
X texnologiya şirkətinin HR komandası ayda 400-dən çox müraciət alırdı. CV-lər PDF və Word formatında gəlir, HR mütəxəssisləri isə onları əl ilə yoxlayırdı. Bu ənənəvi üsul çox vaxt aparır, diqqətsizlikdən məlumatların ötürülməsi və uyğun namizədlərin gözdən qaçırılması riskini artırır, düzgün namizədi seçmək prosesini isə ləngidir. - AI həll:
Süni zəka sistemi CV-ləri avtomatik oxuyur, əsas məlumatları çıxarır və namizədləri vakansiyalara uyğunluq dərəcəsinə görə sıralayır. Bu yanaşma HR komandasının əl əməyini minimuma endirir, işə qəbul prosesini sürətləndirir və daha obyektiv seçim imkanı yaradır. - Nəticə:
HR komandası vaxtını sənəd oxumağa yox, düzgün namizədi seçməyə sərf edir. İşə qəbul prosesi sürətlənir, resurslara qənaət olunur və şirkət ən yaxşı namizədləri qaçırmaq riskindən qorunur.

3. Dövlət qurumu – Ərizə və arayışların emalı
- Problem:
Təhsil Nazirliyin müvafiq şöbəsi gündə yüzlərlə xarici diplom sənədini qəbul edirdi.Bu isə sənəd formatlarının fərqliliyinə görə qarışıqlıq, aylarla uzanan gözləmə müddətləri və vətəndaş narazılığı yaradırdı.Nazirliyin müvafiq şöbəsi gündə yüzlərlə diplom sənədini qəbul edirdi. - AI həll:
Süni zəka sənədləri oxuyur, əsas məlumatları çıxarıb sistemə ötürür və diplomların doğruluğunu yoxlayır. Format fərqlərini standartlaşdırır, uyğunsuzluqları isə dərhal işarələyir. - Nəticə:
Ərizələrin emalı aylarla deyil, günlərlə həll olunur. İşçi yükü azalır, qərarlar daha obyektiv və şəffaf olur. Vətəndaşlar daha tez cavab alır, dövlət qurumu isə xidmət keyfiyyəti və etibarlılıq baxımından güclənir.

Süni zəka sənədlərlə necə işləyir və bu prosesi necə avtomatlaşdırır?
Kağız və ya PDF formasında daxil olan sənədlərin ən çətin tərəfi onların oxunması, düzgün anlaşılması və lazım olan məlumatların çıxarılmasıdır. İstər kredit müqaviləsi, istər işə qəbul forması, istərsə də diplom arayışı olsun – sənədin tipi dəyişir, amma problem eyni qalır.
Sənəd emalı üçün süni zəka iki əsas texnologiyanın birləşməsinə söykənir:
- OCR (Optical Character Recognition): Sənədin şəkil və ya PDF formasını oxuyur və mətni çıxarır.
- NLP (Natural Language Processing): Çıxarılmış mətn üzərində işləyərək kontekstdən asılı olaraq vacib məlumatları müəyyənləşdirir.
Beləliklə, süni zəka bu işi sistemli və avtomatik şəkildə yerinə yetirir.

- Addım 1:Sənədin oxunması
PDF, şəkil və ya Word faylı sistemə yüklənir. OCR texnologiyası sənədi tanıyır və içindəki mətni çıxarır. - Addım 2 :Vacib məlumatların seçilməsi
Çıxarılan mətn NLP tərəfindən analiz olunur. Sistem əsas məlumatları tapır – tarix, məbləğ, müştərinin adı və s. - Addım 3 :Müxtəlif sənədlər, eyni format
Müqavilə, CV və ya arayış fərqi olmadan bütün məlumat vahid formata salınır. Şirkət üçün lazım olan məlumat aydın və istifadəyə hazır olur. - Addım 4: Məlumatın ötürülməsi
Strukturlaşdırılmış məlumat avtomatik daxili sistemlərə (CRM, ERP və s.) göndərilir. İşçi sənədi oxumağa yox, nəticəyə əsasən qərar verməyə fokuslanır.

BIRAINY bu sahədə sizin üçün nə edə bilər?
BIRAINY olaraq biz süni zəka və maşın öyrənməsi sahəsində dərin ixtisaslaşmış komandamızla, sənəd emalı və məlumat çıxarışı kimi ənənəvi, vaxt aparan prosesləri iş dünyasının müasir tələblərinə uyğun şəkildə yenidən qururuq.
BIRAINY olaraq biz bu transformasiyanı sizin üçün mümkün edirik.
- Mürəkkəb sənəd formatlarından vacib məlumatları çıxaran AI modelləri qururuq
- İnteqrasiya olunmuş sistemlər vasitəsilə bu məlumatları avtomatik idarəetmə platformalarınıza ötürürük
- İşçilərinizin zamanını təkrarlanan əməliyyatlara deyil, strateji və analitik qərarlara yönəltməyə imkan yaradırıq.
Hansı sektorda çalışmağınızdan asılı olmayaraq sənədlərlə çalışan hər bir təşkilat artıq bu texnologiyadan faydalana bilər.

Çünki rutin işlərə sərf olunan hər saat itirilmiş fürsətdir. BIRAINY bu saatları sizə geri qazandırır və əməkdaşlarınızı strateji qərarlara fokuslamağa imkan yaradır. Sənəd emalını süni zəkaya, süni zəkanı isə biznesinizə tətbiq etməyi BIRAINY-yə həvalə edin. İndi bizimlə əlaqə saxlayın möhtəşəm nəticələrə birlikdə imza ataq.
