Bizi izləyin

Banner

BIRAINY NETTY 2024-ün birincisi olaraq IT sektorunda böyük uğuru

09 January 2025

BIRAINY NETTY 2024-ün Birincisi Oldu: IT sektorunda böyük uğur

BIRAINY şirkətinin uğurlarına biri daha əlavə olundu. BIRAINY 2024-cü ildə NETTY mükafatını qazanaraq, Azərbaycanda IT sektorunun liderlərindən biri olduğunu bir daha sübut etdi.
NETTY, Azərbaycanın ən prestijli internet mükafatıdır və hər il ən yaxşı vebsaytları, tətbiqləri mükafatlandırır.
Bu mükafat şirkətimizin uğurlarının və yüksək keyfiyyətli işlərinin göstəricisidir. BIRAINY-nin müxtəlif sahələr üzrə qazandığı çoxsaylı uğurlar var. NETTY Mükafatı isə bu uzun yolun ən mühüm mərhələlərindən oldu.
Əslində qazandığımız hər bir uğur, bizə yeni imkanlar açır və daha böyük məqsədlər üçün ilham verir. Biz gün keçdikcə daha da inkişaf edərək hər yeni addımımızla daha böyük layihələrə imza atmağı və daha geniş miqyasda etibar qazanmağı hədəfləyirik.
BIRAINY, yalnız yerli bazarda deyil, beynəlxalq səviyyədə də öz mövqeyini möhkəmləndirmək istəyir. Bütün bu uğurlarımız bizim beynəlxalq arenada da daha böyük uğurların əldə ediləcəyimizə əminliyimizin simvoludur.


NETTY Mükafatı: Azərbaycanın İnternet Sektorunda Prestijli Mükafatı

Gəlin qatıldığımız bu müsabiqə haqqında sizə qısa bir məlumat verək. Belə ki, NETTY, 2004-cü ildən bu yana keçirilən və Azərbaycanın ən nüfuzlu İT mükafatlarından biridir.
Hər il keçirilən bu müsabiqə ölkənin ən yaxşı veb-saytlarını, mobil tətbiqlərini və sosial səhifələrini seçir.
Bu mükafat əəslində bir növ güzgü rolunda çıxış edir. Yəni internetin və texnologiyanın Azərbaycanda necə inkişaf etdiyini göstərən güzgü olduğunu deyə bilərik.
Əslində NETTY də qalibi olmaq sadəcə mükafat almaq deyil. Bu müsabiqə İT sektorunda etibar qazanmaq və öz layihənizi daha geniş auditoriyaya çatdırmaq deməkdir. Müsabiqədə yer tutmaq belə yerli bazarda mövqeyinizi gücləndirməkdən tutmuş, beynəlxalq səviyyədə də tanınmağınıza qədər bir çox üstünlük təmin edir.
NETTY mükafatının məqsədi və azərbaycan internet sektoruna təsiri

Azərbaycanın ilk peşəkar mükafatın əsas məqsədi əslində ölkədə rəqəmsal mədəniyyəti inkişaf etdirmək, internet resurslarının keyfiyyətini artırmaq və yaradıcı layihələri cəmiyyətə tanıtmaqdır.
Hər il keçirilən, NETTY-nin təşkil etdiyi müsabiqələr təkcə İT mütəxəssislərinin deyil, həm də gənclərin diqqətini çəkir. Demək olar ki, mükafat, texnologiya və internet sahəsində çalışan hər kəs üçün motivasiya mənbəyidir deyə bilərik.
Ən böyük üstünlüklərindən biri, yarışma prosesində iştirakçılara əhəmiyyətli öyrənmə və inkişaf imkanı təqdim etməsidir. Burada həm münsiflər heyəti, həm də müsabiqəni izləyən insanlar təqdim olunan layihələr haqqında öz dəyərləndirmələrini və fikirlərini bölüşürlər.
NETTY-də iştirak edən hər kəs öyrənmək, təkmilləşmək və öz layihələrini daha yaxşı səviyyəyə gətirmək üçün bu platformadan istifadə edir. BIRAINY isə NETTY müsabiqəsində iştirak etmək qərarını alanda, məhz bu məqsədlərlə yola çıxdı. Bizim üçün müsabiqə daha da inkişaf etmək, yeni təcrübələr qazanmaq və İT sahəsindəki mövqeyimizi gücləndirmək fürsəti idi.

Azərbaycanın İnternet Mükafatı olan NETTY 2024-də iştirakımız

BIRAINY olaraq, yeniliklərə açıq və innovativ komanda olduğumuzu hər zaman vurğulamışıq. Bizim üçün daim inkişaf etmək, fərqli ideyalarla irəliləmək çox önəmli olmuşdur. Bu yanaşma ilə NETTY 2024-ə qatılma qərarımızı verdik. Əminliklə deyə bilərik ki, veb-saytımız BIRAINY-nin kimliyini və işimizi əks etdirən vizit kartıdır. Veb-saytımız uzun illərdir ki, komandamızın əziyyəti ilə günü-gündən inkişaf etdirilir. Hər birimiz öz sahəmizdə işləyib, onu daha yaxşı hala gətirmək üçün əlimizdən gələni edirik.
Saytımızın inkişafı üçün daim yeni ideyalar və geribildirimlərə açıq olmağa çalışırıq. İnsanların saytımız haqqındakı fikirlərini dinləmək, onlardan gələn təkliflərə qulaq asmaq, həmçinin necə daha yaxşı edə biləcəyimizi anlamaq bizim üçün çox önəmlidir.
NETTY 2024-ə qatılma qərarımız da məhz bu düşüncədən qaynaqlandı. Bu müsabiqə bizə saytımızı geniş bir auditoriyaya təqdim etməklə yanaşı, həm də insanların geridönüşlərini və təkliflərini alaraq, gələcəkdə daha da inkişaf etdirmək fürsəti verəcəkdi.

Netty 2024 müsabiqə prosesinin addımları və geridönüşləri
Qatıldığımız gündən, yəni 3 dekabr tarixindən bəri müsabiqəni yaxından izləməyə başladıq. Hər bir mərhələnin bizim üçün nə qədər əhəmiyyətli olduğunu bilirdik .Müxtəlif nominasiya və kategoriyalarda iştirak edən digər rəqibləri izləyirdik.
Bu müddət ərzində qazandığımız təcrübə və digər iştirakçılardan aldığımız geribildirimlər, bizim üçün çox önemli idi. Gəlin birlikdə onlardan bəzilərinə nəzər yetirək:

  • Agarajab Jafarov: Digər saytlarla müqayisədə dinamika hiss olunur və xoş gəlir.
  • Mehman İsgəndərov: Bu sektor üzrə rast gəldiyim ən mükəmməl saytlardan biridir. Rənglər, dinamiklik, məhsul şəkilləri və xüsusilə slider bölməsi çox peşəkar və zövqlü şəkildə hazırlanmışdır. Sayt ümumilikdə yüksək səviyyədədir və istifadəçi təcrübəsini müsbət təsir edir. Təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram!
  • Aytən Allahverdiyeva: Gözəl saytdır. Bloq bölümündə bütöv mətnlərin arasına bir-iki yerdə vizuallar əlavə edilsə yaxşı olardı.
  • Elçin Bayram: Əla hazırlanmış vebsaytdır. Məzmun boldur. Qüsursüz sayt kimi qiymətləndirmək olar. Uğurlar

Bu iştirakçılar və genc nəslin geridönüşləri bizim nə qədər mükəmməl iş bacardığımızı göstərdi.
Hər bir fikir bizim üçün bir fürsət oldu, çünki bu, saytımızın daha da təkmilləşməsi və istifadəçi təcrübəsinin artırılması istiqamətində bizə yeni ideyalar verdi. Və nəyahət bu prosesin sonuna geldik. Və biz müsabiqə finalına dəvət edildik.

Fuad Tağıyevin NETTY 2024-dəki unudulmaz çıxışı və BIRAINY-nin uğuru

İlk olaraq, NETTY 2024 müsabiqəsinin həyəcan dolu final gününə çatdıq. Bu mərasimdə bizi BIRAINY MMC-nin qurucusu Fuad Tağıyev təmsil etdi. Bu günün əhəmiyyəti və yaşatdığı qürur hissi hər birimiz üçün unudulmaz oldu. Gəlin, bu xüsusi anın detalları və müsabiqənin bizə qazandırdıqları haqqında danışaq.

18 dekabr tarixində Azərbaycan İnnovasiya Mərkəzində keçirilən NETTY 2024 müsabiqəsində Virtual Münsiflər Heyətinin seçimi ilə BIRAINY vebsaytı birinci yerə layiq görüldü. Bu, bizim üçün yalnız bir mükafat deyil, həm də illərlə üzərində çalışdığımız vebsaytımızın mükəmməlliyinin təsdiqi idi. Eyni zamanda, "Biznes və Sahibkarlıq" nominasiyasında da uğurumuz sertifikatla qeyd olundu. Hər iki nəticə bizi həm qürurlandırdı, həm də daha böyük məqsədlərə yönəlmək üçün ilham verdi.
Və əlbəttə ki, tədbirin ən yadda qalan anlarından biri Fuad Tağıyevin çıxışı idi. Onun çıxışı yalnız bizim üçün deyil, bütün tədbir iştirakçıları üçün də motivasiya mənbəyi oldu. Gəlin birlikdə BIRAINY qurucusu Fuad Tağıyevin NETTY tədbirində çıxışını xatırlayaq:
Hər kəsi salamlayıram. Bu gün NETTY tədbirində BIRAINY adından ilk iştirakımızdır və bu səbəbdən çox məmnunam. NETTY komandasına bu gözəl tədbiri təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Bu qədər möhtəşəm və böyük bir iş ortaya qoymaları təqdirə layiqdir.
Çox minnətdaram və çox xoşbəxtəm ki, artıq bu səhnədəyəm. BIRAINY şirkəti 4 istiqamətdən ibarətdir. Data Biznes Analitikası, Proqram Təminatı - mobil tətbiqlərdən tutmuş saytlara kimi bütün hər şeyi yazırıq. 3-cü istiqamətimiz oyundur. Oyun təminatı ilə də məşğul oluruq . 4-cü istiqamət isə Suni İntellekt əsaslı işlər də həyata keçirik. Bundan basqa 2 möhtəşəm məhsulu ərsəyə gətirdik. Məhsullarımız isə OCR və Zerbo-dur. Bu səhnədə mən bu mükafatı əlimdə tutmağımın əsas səbəkarı mənim komandamdır. Bütün komandamın qarşında baş əyirem təşəkkürlərimi bildirirəm ki, onlarla birgə bu zirvələrəkimi yüksəlmişik. Minnətdaram.Təşəkkürlər hər birinizə.
Son olaraq onu da qeyd edək ki, vebsaytımız, müştərilərimizə yüksək keyfiyyətli xidmət təqdim etmək məqsədilə davamlı olaraq yenilənir və təkmilləşdirilir. Gələcəkdə, istifadəçi təcrübəsini daha da yaxşılaşdırmaq, funksionallığını artırmaq və mobil uyğunluğunu genişləndirmək üçün yeni addımlar atacağıq.
Vebsaytımızın gələcəyi, həm texniki tərəfdən daha inkişaf etmiş, həm də istifadəçi dostu bir platforma olmağa davam edəcək. Bu istiqamətdəki bütün yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.