Likvidliyin İdarə Edilməsi
Likvidliyin idarə edilməsi, nağd vəsaitin yığımı, eləcə də qısamüddətli investisiyasını əks etdirən təşkilati proses olmaqla, şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsinin əsas komponentlərindəndir. Nağd vəsaitlərin müvəffəqiyyətli idarə edilməsi yığım əmsalının artırılması, borc öhdəlilərin azalması və uyğun qısamüddətli yatırımların seçilməsində, gözlənilməz xərclərin qarşılanmasında və əmək haqqı ödənilməsi kimi müntəzəm olaraq baş verən hadisələri idarə edilməsində vacib alətdir.

Bizim peşəkar heyətimiz Sizə aşağıda qeyd olunan sahələrin idarə olunması çərçivəsində optimal səmərəlilik qazanmasına imkan yaradan model hazırlamağa kömək olacaq:

- yığımın idarə edilməsi
- borc ödənişlərin idarə edilməsi
- yüksək likvid vəsaitlərin idarə edilməsi