Əsas Performans Göstəriciləri (KPI)
Müəssisənin hədəflərinə çatdığını əks etdirən rəqəmsal bir göstərici olmaqla, proseslərinin və fərdlərin performansını qiymətləndirmək üçün rəhbərlik tərəfindən istifadə olunan ən güclü alətlərdən biridir. Təşkilatın məqsəd və hədəflərindən asılı olaraq müxtəlif göstəricilər izlənə bilər və bu və öz növbəsində təşkilatın fəaliyyətinin düzgün qiymətlənd irilməsi və məlumatlara əsaslanan idarəedici qərarlarının daha da təkminləşdirilməsinə zəmin yaradır.

Bizim peşəkar komandamız, şirkətinizin fəaliyyəti barədə dolğun və faydalı məlumatlar əldə etmək üçün doğru KPI göstəricilərin seçilməsində sizə yardımçi olacaq və daha sonra şirkətinizin aşağıda qeyd olunan beş əsas istiqamətdə qiymətləndirmək məqsədilə KPI modelini inkişaf etdirəcəkdir:

• Biznes göstəriciləri
• Maliyyə göstəriciləri
• Satış göstəriciləri
• Marketinq göstəriciləri
• Layihə İdarəetmə göstəriciləri.