İqtisadi Texniki Əsaslandırılma
Müyəssərliyin qiymətləndirilməsi təklif olunan layihə və ideyanın
1. texniki cəhətdən mümkünlüyünü
2. proqnozlaşdırılan xərc çərçivəsində mümkünlüyünü
3. gəlirli olacağını müəyyənləşdirmək üçün həyata keçirilən analiz növüdür.
Müyəssərliyin qiymətləndirilməsi ideya və layihənin həm müsbət, həm də mənfi cəhətlərinə nəzərə almaqla, düzgün investisiya qərarlarının qəbul edilməsində vacib alətdir.

Bizim peşəkar heyət Sizə aşağıda qeyd olunan müyəssərlik qiymətləndirilməsi komponentlərini inkişaf etdirməyə kömək edəcəkdir:

Biznesin təsvir - biznesin maketi, təklif olunan məhsullar və ya xidmətlər və onların təqdim edilməsi yollarının təhlili.

Bazar təhlili – cari və gələcək bazar imkanları, rəqabət, satışın proqnozlaşdırılması və perspektiv alıcıların təhlili.

Texniki təhlil – məhsul və xidmətlərin çatdırılması çərçivəsində tələb olunan logistika, biznes məkanı, texnologiya, materiallar və işçi qüvvəsinin təhlil.

Maliyyə təhlili - maliyyələşdirmə və ya başlanğıc kapitalının məbləğinin proqnozlaşdırılması, istifadə olunacaq olunan kapitalın mənbələri və investisiyanın gözlənilən gəlir növlərinin təhlili.

Təşkilati təhlil – müəssisənin korporativ və hüquqi strukturu o cümlədən, qurucular və onların şirkətin yaradılması və fəaliyyətinin davam etdirməsi üçün lazım olan professional bacarıqları barədə məlumat.