Satınalma Təhlili
Bizim Satınalma Təhlil həllimiz biznes satınalmalarınızın optimal səmərəliliklə idarə olunduğunu və biznes satınalmalarınızın üzərində olan təsirini tam şəffaflığı ilə əldə etmənizi təmin edir.

Artıq sizin şirkətin müxtəlif mənbələrindən xərcləmə məlumatlarını toplamaq və hər ay bu məlumatlardan strateji qərar vermək üçün istifadə etmək imkanınız var. Super-sürətli, etibarlı təchizatçı məlumatları ilə yüklənmiş və tələb edildikdə əlçatan, təşkilat boyu satınalmalarının ümumi və təsnifatlaşdırılmış xərcləmə analizi ilə əldə edəcəyiniz nəticələr effektiv idarəetmə deməkdir.

Satınalma Təhlili həllinin nümayişi bu kimi suallara cavab vermək üçün nəzərdə tutulmuşdur:

- Mənim həqiqi xərclərim nə qədərdir?
- Mənim birbaşa və dolayı xərclərim dəqiq necə bölünür?
- Xərcləri hansı sahələrə sərf edirəm?
- Mən bu xərcləmələr nəticəsində nə əldə edirəm?
- Satınalmalarımızın hansı hissəsi yeni təchizatçılardan gəlir?
- Satın alınan məhsul həcmində (miqdarda) trend nədir və bu, əvvəlki illərlə müqayisədə necədir?
- Aylıq xərclərimin dinamikası necədir və haradan azalda bilərik?

"BIRainy MMC" konsaltinq şirkəti, təşkilatınızın satınalmalarını effektiv idarə etmək üçün lazım olan anlayışlar əldə etməyə kömək etmək üçün təcrübə və bacarıqlara malikdir. Bizim komanda sizin təşkilatınızla yaxından əməkdaşlıq edərək, sizin vəziyyətinizə, təşkilati problemlərinizə uyğun dashboard və hesabatlar hazırlayır.
Sizin inkişafınız bizim uğurumuzdur!