Maliyyə Təhlili
Mənfəət və zərər haqqında hesabat, Balans hesabatı və digər maliyyə hesabatlarını təhlil etməklə şirkətin biznes fəaliyyətini izləmək və stabilliyini müəyyənləşdirmək mümkündür. Maliyyə təhlili biznesin keçmiş, cari və potensial fəaliyyətinin kəmiyyət dəyərləndirməsidir.

BIRainy komandasının Maliyyə modelləşdirməsi sahəsində kifayət qədər təcrübəsi var və xam maliyyə datasını interaktiv vizuala çevirərək sizə çevik həllər təklif edir. Power BI imkanlarından istifadə etməklə biz sizin Maliyyə Hesabatlarınıza 360 dərəcə baxış qazandırırıq və bununla da siz spesifik suallarınıza cavab tapa bilirsiniz.