Power BI-Biznes Analitikanın Yeni Gücü
Biznes intellekt kimə lazımdır?

Yəqin ki, çoxlarınız son illərdə kifayət qədər aktuallıq qazanan
bulud texnologiyası, data science, data mining, data visualization, biznes analitik kimi terminlər haqqında eşitmisiniz. İnternet, qloballaşma, inteqrasiya şirkətlərin, korporasiyaların fəaliyyətində yeni bir istiqamət açmışdır ki, bu da biznes intellekt kimi tanınır.
Məhz informasiya axınının sürətlənməsi və həcminin artması şirkətlərin biznes intellektə ehtiyacını artırmışdır. Verilənlər bazasına əsaslanan bizneslər öz rəqibləri ilə müqayisədə 5 dəfə
daha tez qərar vermə üstünlüyünə malikdirlər. Hər kəsə məlumdur ki, sübuta, rəqəmlərə, faktlara əsaslanan qərarlar fərziyyələrə, ehtimallara əsaslanan qərarlardan daha etibarlıdır. Məhz ona görə də bu gün uğur müvafiq verilənlərin analitik təhlilindən qaynaqlanan qərarlara əsasən yaranır və şirkətin istiqamətini analitik təhlilin nəticələri müəyyənləşdirir.
Microsoft Power BI nədir?
Microsoft 2014-cü ildə Excel əsaslı Power Query, Power Pivot və Power View-nun uğurlu davamı kimi Power BI açdı və 2015-ci il İyul ayında ictimaiyyətin istifadəsinə verdi. Analitika, verilənlər bazasının saxlanılması, vizuallaşdırma üçün alətlər paneli ilə yanaşı Dynamics, Excel yaxud SQL kimi verilənlər silosuna da bağlantısı vardır. Həmçinin Google Analytics, Salesforce, Oracle, Hadoop və SAP kimi qeyri-Microsoft sistemlərindən verilənlərin daxil edilməsi də mümkündür. Mütəmadi olaraq yeniliklər təqdim edən Power BI hesabatların SharePoint online qoşulmasını təşkil edib. İT-ə getmədən Power Bİ interaktiv vizuallaşdırma təklif edən istifadəçilərinə hesabatlar hazırlamaq imkanı verən bir Microsoft xidmətidir.
Microsoftun Azure Bulud texnologiyasına inteqrasiya isə iri həcmli verilənlər bazasının təhlükəsizliyini təmin etməklə yanaşı onu interaktiv, istənilən yerdə və vaxtda istifadəçiləri tərəfindən əlçatan edir və informasiya axını prosesinin asanlaşdırır.

Bu şirkət rəhbərliyinə planşet, notebook, fərdi kompüter, smartfon kimi vasitələrdən istifadə etməklə istənilən anda şirkətin maliyyə, satış, marketinq, insan resursları, əməliyyatlar və digər müvafiq funksiyalarını izləmək, yenilənmiş hesabatlarla tanış olmaq imkanı yaradır.
Bu paketi bütün bu xüsusiyyətləri özündə cəmləşdirərək sizə şirkətinizi daha yaxşı tanımaq və bütün verilənlər bazasından daha effektiv istifadə etmək bacarığını təklif edir. Maliyyə, Marketinq, Satış, İnsan Resursları, İT, Əməliyyatlar sahəsində operativ, sürətli, informativ biznes həllər, analitik təhlil və vizuallaşdırma.
Microsoftun Azure Bulud texnologiyasına inteqrasiya isə iri həcmli verilənlər bazasının təhlükəsizliyini təmin etməklə yanaşı onu interaktiv, istənilən yerdə və vaxtda istifadəçiləri tərəfindən əlçatan edir və informasiya axını prosesinin asanlaşdırır.
Şirkətim üçün ən düzgün həll yolunu necə tapa bilərəm?

Retail-Şopinq artıq əvvəlki kimi baş vermir, bu gün alıcılar bir klik qədər çoxlu imkanlar, alətlər, seçimlərə yaxındırlar. Yəqin heç bir biznes sahəsi retail qədər informasiya ilə zəngin deyildir. Müştərilərin, qiymətqoymanın, POS, inventarilərin və təchizat kanallarının, alıcıların davranışı, satış, trendlərin daha dərindən öyrənilməsi mənfəətin maksimumlaşdırıl masına gətirə bilər.


Sığorta-riskləri n izlənilməsi, satışların, iddiaların idarə olunması, vizual data təhlil ilə aldatma cəhdlərinin aşkarlanması, müştəri məmnuniyyət səviyyəsinin ölçülməsi, filialların iş fəaliyyətinin müqayisəsi, trendlərin müəyyənləşdirilm əsi, iddiaların həll olunmasının xərcə və vaxta görə təhlili Power BI ilə mümkündür.

Peşəkar xidmətlər-şirkət inizin konsultinq, hüquqi xidmətlər, daşınmaz əmlak, səhiyyə, təhsil sahəsində peşəkar xidmətlər təklif etməyindən asılı olmayaraq biznesiniz müştəri yönümlüdür və birbaşa fərdlərə xidmət edirsiz. Düzgün KPI-ların müəyyənləşdirilm əsi həm effektivliyi artırır, həm də nəticələri məqsədəuyğun edir.


Microsoft Power BI yoxsa…?
Artıq iki ilə yaxın müddətdə Microsoftun Power BI paketi Tableau, Qlik, Sap, SAS kimi güclü rəqiblərini geridə qoyaraq biznes analitikada özünü doğrultmuşdur, belə ki, Gartnerin Business Intellekt və Analitika platformaları üçün 2017 Magic Kvadrantında lider qismində öz yerini almışdır. Ötən müddətdə Microsoft analitik paketinə yüzlərlə yeni imkanlar əlavə etmişdir və bu gün 185 ölkədə 45000-dən çox şirkət və yarım milyondan çox istifadəçi Power Bİ imkanlarından yararlanmaqdadır.