T Ə L İ M
Power BI ilə Data analitikası və məlumatların vizuallaşdırılması
7-8 Aprel 2018-ci il tarixlərində Gələcəyin Peşəsi-Data Analitik proqramı çərçivəsində Microsoft Power BI ilə Data analitikası və məlumatların vizuallaşdırılması mövzusunda 2 günlük ilk təlim keçirilib. Təlim BIRainy MMC-nin təsisçiləri tərəfindən COLAB kovörking mərkəzində təşkil olunub.

Sözügedən 2 günlük interaktiv təlimdə 10 nəfər-özəl, dövlət sektorlarını təmsil edən iş adamları və tələbələr iştirak ediblər.

Təlim zamanı iştirakçılara statistika, analitika, məlumat bazası haqqında məlumat verilib, Power BI platforması üzərində praktiki məşğələlər, real biznes keyslərə əsaslanan laboratoriya işləri görülüb. Şirkətin təsisçiləri Fuad Tağıyev və Nail Tahirov, eyni zamanda, təlimçiləri mövzu üzrə iştirakçıları maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda iştirakçılar sertifikat ilə təltif olunublar.

Qeyd edək ki, BIRainy MMC Biznes İntellekti sahəsində real həllər təqdim edən konsultasiya şirkəti kimi fəaliyyət göstərir. BIRainy komandası müxtəlif sferalarda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə analitik təhlil hesabatlarının hazırlanması, modulların yığılması və biznes həllərin təklifi kimi xidmətlər göstərir. Bütün hesabat - modul biznes intellekti platforması olan və 2015-ci il İyul ayından Microsoft tərəfindən istifadəyə verilən Power BI-da tərtib olunur.
Təlim iştirakçıları
Hilalə Cəfərova
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
"Dövlət idarəçiliyində informasiya texnologiyaları"
kafedrasının dosenti, r.ü.f.d.
Hörmətli BIRainy komandası, keçirdiyiniz təlimdə təqdim olunan mövzularla "Nə üçün PowerBI?" sualına tam mənada cavab tapdım. Ən əsası da real layihələr üzərində təcrübə keçmək təlimin nə qədər gərəkli olduğunu bir daha təsdiq etdi. Gözəl təqdimata görə təşəkkürlər. İşlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Orxan Qənbərov
Konsultant Baker Tilly Azerbaijan
Çox faydalı və interaktiv həftəsonu üçün minnətdaram. Real layihə nümunələri və bitməyən suallar qarşısında əsl peşəkarlıq nümayiş etdiniz. Düşünürəm ki, sizi unikal və fərqli edən xüsusiyyətləriniz akademik biliklərlə bərabər zəngin iş təcrübəsinə malik olmağınız və layihələrdə qarşılaşdığınız problemlərin həllini təlim zamanı göstərməyinizdir. Uğurlarınız bol olsun!
Turqay Ələkbərli
Tələbə University of Southampton
Təşkil olunan PowerBI təlim kursu Mənə data vizuallaşdırma metodlarını öyrətdi və onları asanlıqla tətbiq etməyimə kömək oldu. Bu təlim vasitəsilə verilən məlumat bazasını öyrənmək, vizualaşdırıb və üzərində analitik təhlillərin aparılması bacarığını əldə edə bildim. Təlim zamanı öyrəndiklərimi hal-hazırda Universitet nəzdində idarə etdiyim "Air Quality: Information Dashboard and Data Visualization" adlı layihədə tətbiq edirəm.
TƏLİMÇİLƏR
Fuad Tağıyev
Microsoft-un Power BI üzrə mütəxəssisi.
Azərbaycan Dəmir Yolları Express şirkətində Biznes Analitikası şöbəsinin rəhbəri.
BIRainy – Biznes Həllər üzrə Konsultasiya şirkətinin təsisçisi.
10-dan çox beynəlxalq və yerli şirkətlərin analitik təhlil modullarını hazırlamış, Data Analitika/Biznes İntellekti üzrə konsultasiya xidmətləri göstərmişdir.
Daha ətraflı:
https://www.linkedin.com/in/tfuad/
Nail Tahirov
Lean Consulting şirkətində əməliyyatların idarə olunması üzrə konsultant və təlimçi.
BIRainy – Biznes Həllər üzrə Konsultasiya şirkətinin təsisçisi.
Microsoft Power BI User Group saytında Azərbaycan üzrə qrupun rəhbəri
Əməliyyatların idarə olunması və Biznes İntellekti sahəsində 15-dən çox yerli və beynəlxalq layihələrin reallaşmasında iştirak etmişdir.
Daha ətraflı:
https://www.linkedin.com/in/nail-tahirov-939a0718/